Putindən son dəqiqə açıqlaması: Qarabağ problem bitməlidir - APA TV

 

Soçidə Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş başa 

Putin çıxışında bildirib ki, Ermənistan hökumətinin Qarabağ problemini həll etmək üçün siyasi iradəsi var. O əlavə edib ki, ən başlıca məsələ sülhə nail olmaq və iqtisadi inkişaf üçün kommunikasiyaların açılmasıdır: “Münaqişə onilliklərdir ki, davam edir və necəsə bitməlidir. Bilirəm ki, bunun üçün sizin siyasi iradəniz var. Biz bunu qətiyyətlə dəstəkləyirik. Biz irəli getməyə imkan verəcək əsas məqamları tapmalıyıq. Bu vəzifə həm də 2020-ci ilin noyabrında, hərbi əməliyyatları dayandırmaq lazım olan vaxt qarşıya qoyulub. Nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması həm də iqtisa­diy­yatın və sosial sahənin inkişafı ilə bağlıdır. Biz bunun üçün çalışırıq.  Ona görə də bütün bu məsələlərdə razılaşmaq lazımdır. Biz həmişə bu məqamdan çıxış edirik ki, Ermənistan bizim strateji tərəfdaşımız və müttəfiqimizdir. Bu, bizim üçün xüsusi bir vəziyyətdir. Ümid edirəm ki, nizamlanma yolunda irəliyə doğru addımlar ata bilərik və irəliyə hərəkətə imkan verən qərarlar qəbul edəcəyik”.

 

Ermənistan baş naziri isə çıxışında vurğulayıb ki, Rusiya tərəfinin Qarabağla bağlı təklifi Ermənistan üçün məqbuldur. O əlavə edib ki, ikitərəfli münasibətlərin gündəliyi genişdir. Bununla belə, o, regional təhlükəsizlik məsələlərinə diqqət yetirəcək: “KTMT-nin son iclası zamanı Rusiyanın təklif etdiyi Qarabağla bağlı Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması üçün əsas prinsiplər və parametrlər ölkəmiz üçün məqbuldur. Ümid edirəm ki, Rusiya Federasiyası da Ermənistan tərəfinin təklifini dəstəkləyəcək. Lakin hələ ki, Rusiya tərəfinin bu təklifi dəstəklədiyinə dair heç bir məlumatımız yoxdur. Bu, 2022-ci il oktyabrın 6-da Praqada əldə olunmuş təkliflərə zidd deyil. Azərbaycanla sərhəddə delimitasiya işlərindən əvvəl təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Ermənistan üçün vacib olan məsələ Azərbaycan qoşunlarının suveren ərazimizi və Qarabağda rusiyalı sülhməramlıların nəzarətindəki əraziləri tərk etməsidir”.

 

Paşinyan kommunikasiyaların açılması ilə bağlı onu bildirib ki, Ermənistan ərazisindən keçən xəttlər İrəvanın nəzarətində olmalıdır.

 

 

Müəllif | Apa.Tv
Apa.tv