PX: "Gəncə məhbuslarının aclıq aksiyası…”

Penitensiar Xidmət Gəncə hadisələrinə görə, həbs edilən bir qrup şəxsin aclıq aksiyası keçirməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

APA TV-nin məlumatına görə, xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov qeyd edib ki, bu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Xatırladaq ki, söhbət 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan 7 məhkumun aclıq aksiyası keçirdiyi barədə yayılan xəbərlərdən gedir.

Müəllif | Apa.Tv
Apa.tv