“Qaçqınkom”un “Azəriqaz”a nə qədər borcu var?
“Azəristiliktəchizat"la “Azəriqaz” arasında ciddi problem yoxdur. Amma debitor borclar var “.Bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüşdə deyib.Onun sözlərinə görə, Azəristiliktəchizat” ASC-nin SOCAR “Azəriqaz” İstehsalat Birliyinə 01.11.2023 tarixinə 37,5 mln. manat həcmində debitor borcu var. Eldəniz Vəliyev deyib ki, qeyd olunan məbləğın 22,9 mln. manatı öz təsdiqini tapıb və razılaşdırılıb, lakin yerdə qalan məbləğ hələ ki, müzakirə mövzusudur. "Qalan məbləğlər ciddi şəkildə müzakirə mövzusu olmasa da, amma hər halda hələlik öz təsdiqini tapmayıb.Yəqin ki, iki dövlət arasında yerdə qalan məbləğ mövzusu öz həllini tapacaq",.Şöbə rəisi deyib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin balansında olan yaşayış binasına görə “Azəriqaz”a 965 min. manat həcmində debitor borcu yaranıb. Onun sözlərinə görə, debitor borcu binanın istiliklə təmin olunması üçün verilən qaza görə yaranıb. Məcburi köçkünlərin yaşadığı həmin bina Bakının Suraxanı rayonunda yerləşir. ““Azəristiliktəchizat” ASC elan etdi ki, həmin bina bizim balansımızda deyil. “Qaçqınkom”un balansında olduğuna görə, biz də onun qazanxanasına qaz verirdik və nəticədə, 965 min manat debitor borcu yarandı”. Eldəniz Vəliyev ümid etidiyini bildirib ki, , Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi debitor borcunun ödənişi ilə bağlı konkret hərəkətə keçəcək ”, -