Qadın 12 yaşlı oğlunun gözü qarşısında qətlə yetirildi – HACIQABULDA

Hacıqabul sakini 35 yaşlı əmisi arvadını 12 yaşlı oğlunun gözü qarşısında qətlə yetirib.

APA TV-nin  Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saatlarında Hacıqabul rayonunun Muğan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Rəsulova Fəxriyyə Feyruz qızı qaynı oğlu tərəfindən bıçaqlanaraq öldürülüb. Belə ki, Elvin Axundov sərxoş vəziyyətdə gecə saat 1.00 radələrində mərhum əmisi arvadının yaşadığı mənzilin yataq otağına daxil olub, çoxsaylı bıçaq zərbələri yetirərək onu öldürüb.

Qətli törədən Hacıqabul rayonunun Muğan qəsəbə sakini, 1987-ci il təvəllüdlü Axundov Elvin Arif oğlu saxlanılıb.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Əlibəy Zeynallı

Elçin Həsənov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv