Qadın ikinci mərtəbədən yıxılaraq öldü – ASTARADA BƏDBƏXT HADİSƏ
Astarada qadın ikinci mərtəbədən yıxılaraq ölüb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayonun Suparibağ kənd sakini, 1972-ci il təvəllüdlü Vəfa Əsgərova yaşadığı evin 2-ci mərtəbəsindən yıxılaraq ağır dərəcəli bədən xəsarətləri alıb. Qadını xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV