Qadın mətbəxdə qaz sobası yandırırdı, partlayış baş verdi

Goranboyda qadın ehtiyatsızlıqdan yanıq xəsarəti alıb. Hadisə rayonun Xoylu kəndində baş verib. Kənd sakini 44 yaşlı Gülmirə Fərmanova yaşadığı evin mətbəxində olan qaz sobasını yandırmaq istəyən zaman kiçik partlayış olub. Qadın əl və üz nahiyəsinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. SAMİRƏ CƏFƏROVA HƏKİM Faktla bağlı araşdırma aparılır. Fuad Nazimoğlu APA TV Goranboy

Müəllif | Apa.Tv
Apa.tv