Qadın mollaların əksəriyyəti cahil vəziyyətdədir - Deputat
“Azərbaycanda yas mərasimlərindəki qadın mollaların əksəriyyəti cahil vəziyyətdədir”.
APA TV-nin məlumatına görə, bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk plenar iclasında deputat Məlahət İbrahimqızı bildirib.
Deputat deyib ki, dünən o, Mənəvi Dəyərlərin Təbliği Fondunda olarkən QMİ sədrinin müavini Hacı Salman da bu məsələyə toxunub:
“Həmin qadın mollalar şeirdən, muğamdan mərsiyəyə tutmuş hər şey deyirlər, “Quran”dan, hədisdən isə ağıllı bir söz deməzlər. Hacı Salman dedi ki, buna nə Qafqaz Müsəlmanları İdarəsi, nə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi heç nə edə bilmir, bu məsələ qanunla tənzimlənməlidir. Ona görə də həmkarlarımı bu məsələnin qanunla tənzimlənməsinə dəstək verməyə çağırıram”, - deyə deputata bildirib.