13:50 24 noyabr 2021 215
Ana səhifə Xəbərlər

Qadını şəkilləri ilə şantaj edib pul qazandı

Şirvan Şəhər Polis Şöbəsinə müraciət edən 26 yaşlı bir qadın sosial şəbəkələrdə tanış olduğu Fərhad adlı şəxsin onun fotolarını virtual məkanda paylaşacağı ilə hədələyib pul tələb etməsi barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində AR Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə şübhəli bilinən Bakı şəhər sakini, 25 yaşlı Fərhad Kazımov şəhər ərazisində saxlanılaraq istintaqa təqdim olunub.

Araşdırmalar zamanı məlum olub ki, Fərhad Kazımov tanış olduğu qadından müxtəlif vaxtlarda barəsində rüsvayedici məlumatlar paylaşacağı hədəsi ilə 635 manat pul alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın