Qadınlara qarşı cibgirlik edən şəxs tutuldu - GƏNCƏDƏ

Gəncədə qadınlara qarşı cibgirlik edən şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA TV-nin yerli bürosuna verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən sərnişinlərin sıx olduğu vaxtlarda şəhərdaxili avtobuslarda  cibgirlik edən, əvvəllər dəfələrlə məhkum olunmuş, şəhər sakini, Rövşən İsmayılov saxlanılıb.

 

Araşdırma zamanı həmin şəxsin mart ayının 10-da avtobuslarda ümumilikdə 2 vətəndaşın çantasından mobil telefon oğurladığı müəyyən edilib. İlkin dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edərək oğurladığı mobil telefonları satdığını bildirib.

 

Faktlarla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv