Qanunsuz balıq ovu ilə məşğul olan Yevlax sakini saxlanılıb

Su polisi  qanunsuz balıq ovu ilə məşğul olan Yevlax sakinini saxlayıb

APA TV-nin Mingəçevir bürosunun məlumatına görə hadisə Dəllər-Daşbulaq kəndi istiqamətində,  Şəmkir Su anbarı ərazisində qeydə alınıb.Belə ki,  ekoloji  cinayətlərin qarşısının alınması məqsədilə  su hövzəsində əməliyyat reydi həyata keçirən Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt Polis Məntəqəsi əməkdaşları qanunsuz balıq ovu ilə məşğul olan Yevlax rayon Xanabad kənd sakini 1963-cü il təvəllüdlü Məlikov Nofəl  Qəşəm oğlunu müəyyən edərək saxlayıb.Yoxlama zamanı ondan Proqres-2 model qayıq, qayığa təchiz edilmiş Vixr-30  model mühərrik, çeşidli ov alətləri və  anbardan  qanunsuz yolla  tutulmuş   42 ədəd müxtəlif növ balıqlar  müəyyən olunaraq  dəlil –sübut kimi götürülmüşdür.

Faktla bağlı  Su Nəqliyyatında Polis İdarəsinin Təhqiqat qrupu araşdırma aparır.

Müəllif | Apa.Tv
Apa.tv