Qanunsuz marşrutlar, qayda pozan sürücülər, sənədsiz maşınlar - GƏNCƏDƏ REYD

 

Yol polisi Gəncədə reyd keçirib.

APA-TV -nın yerli bürosunun məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (DYPİ) əməkdaşlarının gecə saatlarından başladığı reyd bütün şəhəri əhatə edib.

 

Yol hərəkəti qaydalarını pozan 40-dan artıq sürücüyə protokol tərtib edilib. Avtomobillərə avadanlıqlar quraşdıran, nəqliyyat vasitələrinin ön, arxa şüşələrinə pərdə vuran, sürət həddini aşan sürücülər saxlanılaraq yol hərəkəti qaydasını pozduqlarına görə barələrində protokol tərtib edilib.

Reyddə sürücülük hüququ olmadan avtomobil idarə edən sürücülər də müəyyən edilib. Eyni zamanda, konstruksiya dəyişikliyinə görə saxlanılan sürücülərin avtomaşınları cərimə meydançasına aparılıb.

 

Reydlər mütəmadi olaraq davam edəcək.

Müəllif | Apa.Tv
Apa.tv