Qanunsuz silah saxlayan şəxs: “Gizlətməkdə məqsədim...”
Quba sakinindən qanunsuz saxladığı silah götürülüb.
APA TV-nin şimal bürosunun məlumatına görə, rayonun Qonaqkənd sakini Aydın Nəsirovdan sənədi olmayan “İj-16” markalı ov tüfəngi aşkar edilib.
O, silahı həyətindəki tövlənin damında gizlədib. Polis oradan tüfəngə aid 12 patron da tapıb: “Sənədsiz olduğundan qorxduğum üçün üzə çıxarmırdım. Polis əməkdaşları aparıblar. 11 il bundan qabaq alınana silahdır”.
Polis silahın hər hansı cinayətdə istifadə edilib-edilmədiyini araşdırır.