Qapalı məkanlarda reyd keçirildi – QAYDALARA ƏMƏL ETMƏYƏNLƏR CƏRİMƏLƏNDİ

Bakıda qapalı məkanlarda karantin qaydalarını pozan şəxslərə qarşı reyd keçirilib.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, polis əməkdaşlarının əhalinin sıx olduğu ərazilərdə keçirdikləri reyd zamanı bəzi vətəndaşların pandemiya qaydalarına əməl etmədiyi aşkarlanıb.

 

Koronavirusun sürətlə artdığı dövrdə bəzi sakinlər qapalı məkanda ya ümumiyyətlə tibbi maska taxmır, ya da tibbi maskadan düzgün istifadə etmirlər. Qaydalara əməl etməyən şəxslər müxtəlif bəhanələr gətirməklə özlərinə haqq qazandırıblar.

 

Reyd zamanı həmçinin polis əməkdaşları sakinlərlə maarifləndirici söhbət aparıb, pandemiya qaydalarına əməl edilmənin vacibliyini izah ediblər.

 

Müəllif | Apa.Tv
Apa.tv