Qar Daşkəsəndə fəsadlar törədib

Daşkəsənə güclü qar yağıb.

 

Ötən gün səhər saatlarından yağmağa başlayan qar rayon mərkəzinə 20-25 sm, dağ kəndlərinə isə 40-50 sm-ə çatıb. Qar səbəbindən rayonun Qabaqtəpə, Əmirvar, Astaf, Təzəkənd, Pirverdilər kəndlərinə elektrik enerjisinin verilməsində fasilələr yaranıb. “Azərenerji”nin əməkdaşları ucqar kəndlərə enerji verilişinin bərpası istiqamətində işlər aparır.

 

APA TV-nin xəbərinə görə, qarın nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün yolların qardan təmizlənməsi və digər təhlükəsizlik tədbirlər həyata keçirilir. Sürüşkən olması ehtimal olunan ərazilərə qum-duz qarışığı səpilib. Görülən tədbirlər nəticəsində dağ yollarında hərəkət qismən bərpa olunub.

 

Qeyd edək ki, Daşkəsən rayonuna qarın yağması davam edir.

Müəllif | Apa.Tv
Apa.tv