Qar erməni kəndində həyatı iflic etdi

Ermənistanda may ayında güclü qar yağıb. Bu barədə yerli media məlumat yayıb.

Bildirilir ki, anormal hava şəraiti Araqatsotn rayonunun Çarçakis kəndində nəqliyyatın hərəkətini iflic edib, kənd təsərrüfatına ziyan vurub. Hidrometeorologiya və Monitorinq Mərkəzinin rəis müavini Qaqik Surenyan Facebook səhifəsində qarın vurduğu fəsadlar barədə video paylaşıb.

Müəllif | Apa.Tv
Apa.tv