Qar Ermənistanın Şirak bölgəsini iflic etdi
Ermənistanın Şirak bölgəsində güclü qar yağıb. Bu barədə Ermənistan mediası məlumat yayıb.
"Mamul" vətəndaşların çəkdiyi görüntüləri dərc edərək yazıb ki, aprelin 12-də belə güclü qarın yağması anormal hal sayılır. Qarın bir sıra sosial xidmətlər, nəqliyyat və s. iflic etməklə yanaşı kənd təsərrüfatına da ziyan vurduğu qeyd edilir.