Qar uçqunu səbəbindən bağlanan Quba-Xınalıq yolu açıldı
Qar uçqunu səbəbindən bağlanan Quba-Xınalıq yolu açılıb.
Quba rayonunun Xınalıq kəndinə gedən avtomobil yolunun 35-37 km hissəsində qar uçqunu səbəbindən bağlanan yolda hərəkət bərpa olunub.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, yolda nəqliyyat vasitələrini normal hərəkətinin təmin olunması üçün əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yol qardan təmizlənib və nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.