Qar yağdı, elektrik naqilləri qırıldı – ZAQATALADA BİR NEÇƏ KƏND İŞIQSIZ QALDI

Ötən gün axşam saatlarından başlayaraq Zaqatalaya qar yağıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hündürlüyü təxminən 10-15 sm çatan qar rayonun bəzi yerlərində fəsadlar yaradıb. Təbiət hadisəsi zamanı rayon mərkəzi, Yuxarı Tala, Meşleş, Muxax, Aşağı Tala və digər ərazilərdə elektrik naqilləri qırılıb, elektrik enerjisinin verilməsində qısamüddətli fasilələr yaranıb.

Gücləndirilmiş iş rejimində çalışan “Azərişıq” ASC-nin Zaqatala regional təchizat idarəsinin əməkdaşları bəzi yerlərə işığın verilməsini gecə saatlarında bərpa ediblər.

Hazırda digər ərazilərdə qırılmış elektrik naqillərinin təmiri davam edir.

Hazırda bölgədə qarın yağması davam edir.

Müəllif | Apa.Tv
Apa.tv