Qara maskalı şəxs ibtidai sinif müəlliməsinə hücum etdi

Neftçalada ibtidai sinif müəlliməsi hücuma məruz qalıb.

Hadisə ötən gün rayonun Bankə qəsəbəndə qeydə alınıb. Qəsəbədəki 2 nömrəli məktəbdə ibtidai sinif müəllimi işləyən Elza İbrahimova evə gedərkən maskalı bir şəxsin hücumuna məruz qalıb. Naməlum şəxs müəlliməyə baş nahiyəsindən xəsarət yetirərək əlindəki çantanı oğurlayaraq oradan uzaqlaşıb. Müəllimənin çantasında 30 manat pul, maaş kartı və mobil telefonu olub. Elza İbrahimovaya Neftçala rayon xəstəxanasında tibbi yardım göstərilib.  

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirib ki, faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Hadisəni törədən şəxsin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv