Qara Qarayevin ev-muzeyində xalq artisti Tofiq Bakıxanovla görüş keçirildi
Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Mədəniyyətimiz” layihəsi çərçivəsində Qara Qarayevin ev-muzeyində xalq artisti Tofiq Bakıxanovla görüş keçirilib. Tofiq Bakıxanov geniş təqdimatında müəllifi olduğu əsərlər, Ümummilli Lider Heydər Əliyev, eləcə də Qara Qarayevlə olan xatirələrindən söhbət açıb. Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsinin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyətinin öyrənilməsi, müxtəlif istiqamətlər üzrə mövcud problemlərin həlli və yaradıcı ideya bankının formalaşdırılmasıdır. Layihə çərçivəsində il ərzində musiqi, rəqs, teatr, memarlıq, sənətkarlıq, təsviri sənət, kino indüstriyası, fotoqrafiya sənəti, ədəbiyyat və nəşriyyat, televiziya və radio sahələri üzrə görkəmli və peşəkar mədəniyyət xadimləri ilə gənclərin müxtəlif məkanlarda interaktiv görüşləri təşkil olunacaq. Aygün Carçıyeva, Arif Əliyev, APA TV