“Qarabağ” derbidə “Neftçi”ni darmadağın etdi – APA TV
Futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci turun oyunları keçirilib. Günün ilk matçında "Qəbələ" "Səbail"i qəbul edib. "Qırmızı-qaralar"ın heyətində 13-cü dəqiqədə Urfan Abbasov, 26-cı dəqiqədə Osama Xalayla fərqləniblər. "Qəbələ"nin müdafiəçisi Lukas Afriko 41-ci dəqiqədə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. İkinci hissə qonaqların təyziqi ilə başlayıb. 58-ci dəqiqədə Yusif Nəbiyev, 65-ci dəqiqədə Rüfət Abdullazadə, 90+1-ci dəqiqədə Nir Bardea adını tabloya yazdırıb. Qarşılaşma 3-2 paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb.
Turun son oyununda "Neftçi" və "Qarabağ" komandaları üz-üzə gəliblər. Hesabı 47-ci dəqiqədə qonaqların heyətində Nəriman Axundzadə açıb. Tural Bayramov 60-cı dəqiqədə ikinci topu rəqibin qapısından keçirib. Filip Ozobiç 71-ci dəqiqədə penaltidən fərqi minimuma endirib. Tural Bayramov 90+4-cü dəqiqədə dublunu rəsmiləşdirib. Matçın yekun nəticəsini 90+7-ci dəqiqədə Leandro Andrade müəyyənləşdirib. "Neftçi Arena"da reallaşan ölkə derbisi Ağdam klubunun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.