18:51 4 avqust 2022 313
Ana səhifə Xəbərlər

Qarabağ düzənliyində arxeoloji tədqiqatlar aparılır

 

“Qarabağın Leylatəpə fenomeni” layihəsi çərçivəsində Azərbaycan-Almaniya birgə ekspedisiyasının apardığı arxeoloji tədqiqatlar davam edir. Bunu APA TV-nin Qarabağ bürosuna Qarabağ Neolit-Eneolit ekspedisiyasının rəisi Xəqani Alməmmədov deyib. O qeyd edib ki, bütün diqqət IV minilliyə aid Leylatəpə fenomeninə məxsus yaşayış məskənlərinin öyrənilməsinə yönəlib. Başlanğıc olaraq Qarabağ düzənliyində yerləşən Leylatəpə fenomeninə aid 13 abidə araşdırılır. Arxeoloqlar qazıntı zamanı aşkarlanan dulusçuluq sobasında saxsı qablarla yanaşı, müxtəlif növ metal alətlərin də hazırlanmış olması qənaətindədir. Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu ilə Almaniya - Arxeologiya İnstitutu arasında bağlanılmış müqaviləyə əsasən “Qarabağ düzənliyinin arxeoloji tədqiqi” layihəsi çərçivəsində 2022-ci ilin iyun ayından etibarən bölgədə geniş miqyaslı arxeoloji tədqiqatlara başlayıb. Layihənin əsas məqsədi Qarabağ düzənliyində yerləşən e.ə.VI-IV minilliklərə aid yaşayış məskənlərinin arxeoloji tədqiqidir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın