“Qarabağ” klubu Ağdamda 1500 ailəyə ərzaq yardımı paylayıb
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və klubun futbolçuları Ağdamda imkansız ailələrlə görüşüb.
APA TV-nin yerli bürosunun məlumatına görə, nümayəndə heyəti koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə karantin rejimində yaşayan ailələrə ərzaq bağlamaları paylayıb.
Baş məşqçi Qurban Qurbanov jurnalistlərlə açıqlamasında klubun futbolçularının da karantin rejiminə əməl etdiyini bildirib: “Futbolçular hamısı öz evindədir. Biz onlarla tez-tez görüntülü danışırıq. Bəzən isə görüntülü məşqlər edirik. Çalışırıq ki, futbolçularımızı boş buraxmayaq”.
Qeyd edək ki, klub tərəfindən müxtəlif yaşayış məntəqələrində ümumilikdə 1500 ailəyə ərzaq bağlaması paylanıb.
Habil Aslanoğlu
Arzu Telmanoğlu
APA TV