“Qarabağ məsələsi bizim üçün ərazi yox, hüquqi məsələdir” - PAŞİNYANDAN TARİXİ ÇIXIŞ

Bu gün parlamentdə çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 6-da Brüsseldə keçirilən üçtərəfli görüşdə əldə olunmuş razılaşmaların təfərrüatları, eləcə də Azərbaycanla bağlı gözləntilərini bölüşüb. 

 
Baş nazir sülh müqaviləsini mümkün qədər tez imzalamağı planlaşdırdıqlarını vurğulayıb.

 
O bildirib ki, vəziyyəti dondurub, irəliləyişə nail olmamaq, nəinki riskləri azaldacaq, əksinə vəziyyəti daha da gərginləşdirəcək. 

 
Paşinyan əlavə edib ki, yaradılması nəzərdə tutulan ikitərəfli komissiyanın iki mandatı olacaq: sərhədlərin delimitasiyası, sərhəd boyu təhlükəsizlik və sabitliyin təmin edilməsi: 

 
Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünün rəsmi İrəvan tərəfindən tanınmasında heç bir problem olmadığını da bilidirib: 
 
Baş nazir bildirib ki, gündəliyə bu əlavənin edilməsi şərti ilə Ermənistan sülh danışıqlarına başlamağa hazırdır və bu mövqe son Brüssel görüşündə qeyd olunub. 

 
Məhəmməd Tağıyev

Müəllif | Apa.Tv
Apa.tv