“Qarabağ” mübarizəni Avropa Liqasında davam etdirəcək – APA TV
Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok oyununu keçirib.
Ağdam klubu Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında “Rakuv”la qarşılaşıb.
Səfərdə 2:3 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri rəqibdən revanş ala biməyiblər. Matçın birinci hissəsində qapılara qol vurulmaylb.
Fasilədən sonra qonaqlar müdafiədəki diqqətsizlikdən istifadə edərək, hesabı açıblar. “Qarabağ” 60-cı dəqiqədə hesabı bərabərləşdirməyə nail olub.
Polşada olduğu kimi, bu dəfə də Cica fərdi ustalıq nümayiş etdirib. Amma “Qarabağ”ın bundan artığına gücü çatmayıb.
İki oyunun nəticəsinə görə, 4:3 hesabı ilə qalib gələn Polşa çempionu mərhələ adlayıb.
“Qarabağ” isə mübarizəni Avropa Liqasının III təsnifat mərhələsində davam etdirəcək.