“Qarabağ” "Omoniya"nı Kiprdə darmadağın etdi

Konfrans Liqasında qrup mərhələsinin II turunun oyunları çərçivəsində “Qarabağ” növbəti avrokubok matçına çıxıb.


Azərbaycanın avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçisi, qitənin üçüncü dərəcəli klub turnirində Kipr “Omoniya”sı ilə görüşüb. Birinci turda İsveçrə “Bazel”i ilə qolsuz heç-heçə edən Qurban Qurbanovun yetirmələri ilk səfərdən qələbə ilə dönməyi bacarıb.

Kiprlilər birinci hissədə hesabı açsa da, fasilədən sonra buna 4 qolla cavab verən “Qarabağ” möhtəşəm geridönüş edərək, aktivindəki xalların sayını 4-ə yüksəldib.


Qeyd edək ki, qrupun digər oyununda “Bazel” “Kayrat” üzərində 4:2 hesablı qələbə qazanıb.
Bununla da turun görüşlərindən sonra klubların UEFA reytinqi açıqlanıb.


Avropanın ən yaxşı 100 komandası arasında Azərbaycanın yalnız bir təmsilçisi yer alıb. Bu, Ağdamın “Qarabağ” klubudur.


Kipr “Omoniya”sı ilə oyuna qədər 71-72-ci yerləri bölüşən təmsilçimiz artıq 69-72-ci pillələrə şərikdir.

Müəllif | Apa.Tv
Apa.tv