14:14 13 may 2022 125
Ana səhifə Xəbərlər

Qarabağ veteranlarına verilən müavinət artırılsın - TƏKLİF

“Silahlı qüvvələrin pensiya təminatı ilə bağlı ayrıca qanun layihəsi işlənib hazırlansa yaxşı olar”.

 

APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

 

Deputat bildirib ki, hərbçilərin pensiyasını əmək pensiyası ilə eyni qanunda vermək çaşqınlıq yaradır: “Bunun üçün ayrıca qanunu işləyib hazırlamağa ciddi ehtiyac var”.

 

Fəzail Ağamalı həmçinin Qarabağ müharibəsi veteranlarına verilən 80 manat müavinətin minimum istehlak səbətinə uyğun olaraq 202 manata qaldırılmasını təklif edib.

 

Deputat bildirib ki, bu addımın atılması zəruridir: “80 manat çox azdır”.

 

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın