Qarabağda doğulan ermənilərin ataları kimdir?

Rusiya sülməramlılarının müvəqqəti nəzarətindəki ərazilərmizdə varlıqlarını sürdürməyə çalışan terrorçuların başı Araik Harutyunyan facebook hesabında bildirib ki, qondarma respublikada doğum göstəricisi noyabr ayı üçün 178 nəfər olub.

 

APA TV xəbər verir ki, Harutyunyan bu rəqəmlərin əvvəlki aylarla müqayisədə rekord göstərici olduğunu yazıb. Maraqlıdır ki, bu rəqəmlər əraziyə Rusiya sülhməramlıların gəlişindən sonra böyüməyə başlayıb.

 

Deyək ki, bölgədə 25 min erməni yaşayır. 178 uşağın iki valideyni 356 nəfər edir. Maksimum rəqəmlərlə illik hesablasaq, yeni doğulan uşaq sayı 2136, valideyn sayı isə 4272 olacaq. 4272 nəfər isə 25 min nəfərin 17 faizi edir. Və ya 25 mini artım qabiliyyətinə görə üç yaş səviyyəsinə - 25-35, 35-45, 44-55 yaş arasına bölsək, artım qabiliyyətinə malik ailə sayı 8 min 300 etməlidir. Amma ortaya dırnaqarası məhsul çıxaran ailə sayı cəmi 2136-dır. Rəqəmlərdən belə nəticə hasil olur ki, 6134 ailə qısır və ya uşaqsızdır.

 

Bu sadə riyazi hesablamadır və Harutyunyanın yalan danışdığı açıq-aydın görünür. 

 

Üstəlik, İrəvan Dövlət Tibb Universitetinin həkimi Şaharamanyan da bildirib ki, Dünya Səhiyyə Təşkilatının hesabatına görə, Ermənistan təbii artım potensialınanda dünyada ən geridə qalmış ölkələr sırasındadır.

 

Bəs separatçılar bu cür yalançı doğum sayı ilə nə əldə etmək istəyirlər?

 

Siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, Harutyunyanın təqdim etdiyi rəqəmlər həm qeyri-qanuni, həm də şişirdilmişdir. O əlavə edib ki, bölgədə ermənilərin köçü sürətlənib və təqdim edilən rəqəm məntiqsizdir: “Ermənilərin demoqrafiq artımına nəzər salsaq, artımlarının ən yüksək dinamikasına azərbaycanlıılarla birghə yaşatışda nail olublar. İndiki şəraitdə bu ehtimal heç də arayik harutyunyanın açıqladığı 178 nəfər civarında davam etməməlidir. Çünki 25 min nəfər həm də 3-4 ay əvvəlki statistikaya aiddir. Təkcə son bir ildə Ermənistanı tərk edənlərin sayı yüz min nəfərdən çoxdur və eyni vəziyyət Qarabağdakı ermənilərə də aiddir. Çünki bölgədə ən böyük problem hərbi təhlükəsizliklə bağlıdır. Bunun təmin olunmaması həm əhalinin dinamikasına həm də məskunlaşmada ciddi problemlər yaradır”.

 

Siyasi şərhçi onu da əlavə edib ki, bu rəqəmlər göstərildiyi kimidirsə, deməli, bölgədən miqrant kimi köçüb gedənlər qondarma qurum tərəfindən qarabağlı kimi qeydiyyata salınır: “Digər tibbi ehtimallara da baxsaq, biz görə bilərik ki, noyabr ayında ermənilərin maksimum səviyyədə təbii artıma nail olması məsələsi xarici faktorlarla əlaqəli ola bilər. Xarici faktorlar isə şübhəsiz ki, bölgədə  sülhmərmalıların fəaliyyətlərinin başqa bir aspekti kimi baxmaq olar. Sual yaranır ki, ermənilərin bölgədən köçü sürətlənibsə, onda doğum hansı məntiqlə artır və bu necə əsaslandırılır? ”

 

Əziz Əlibəyli sonda onu da bildirib ki, separatçılar bu kimi addımlarla ideoloji baxış formalaşdırmağa çalışaraq, xaricə köçən erməniləri yenidən bölgəyə cəlb etmək istəyirlər.

 

 

Fuad Sadıqov

APA TV

 

 

Müəllif | Apa.Tv
Apa.tv