Qarabağda gərginlik artır: Rusiya vətəndaşlarını bölgədən çıxarır

Yanvarın 30-da 7-si uşaq olmaqla, 44 Rusiya vətəndaşı Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdən Ermənistana köçürülüb. Sülməramlıların yaydıqları məlumatda bildirilib ki, onlar Yeni il bayramını qeyd etmək üçün Qarabağa gediblərmiş. Maraqlıdır, dekabrın 12-dən Laçın-Xankəndi yolunda ekofəalların və könüllülərin aksiyalarının başladıqlarını nəzərə alsaq, həmin 44 nəfər Rusiya vətəndaşı Azərbaycan ərazilərinə necə və nə vaxt daxil olublar? Bu suala cavab axtardıqda şübhə yaranır ki, həmin şəxslər əslində əraziyə xeyli əvvəl gəliblərmiş. Ancaq nə məqsədlə? Bu suala isə cavab tapmaq hələlik mümkün deyil.

Digər məlumatda isə bildirilir ki, yanvarın 31-də Rusiya sülhməmralıları beynəlxalq xeyriyyə təşkilatı adı altında fəaliyyət göstərən, ermənilərə aid “Hayer Miatsek”in yolladığı yardımın növbəti mərhələsini Qarabağdakı ermənilərə çatdırıb. Qeyd olunub ki, təşkilat 24 qutu uşaq qidası və 5 ton un göndərib. Növbəti sual yaranır: Dünyaya “Qarabağda humanitar terror var” deyən erməni təşkilatlarının bu yardımlardan xəbərləri varmı?

Siyasi şərhçi İlyas Hüseynov bildirib ki, ermənilər də, onların dəstəkçiləri də əslində hər şeyi gözəl bilirlər. Əslində onları azərbaycanlı ekofəalların aksiyası ilə bağlı əsas narahat edən məqamlardan biri də Qarabağa silah daşıya bilməmələridir. Siyasi şərhçi bildirib ki, 2020-ci ilin noyabr ayında imzalanan üçtərəfli razılaşmaya əsasən ərazidə məskunlaşan silahlı qüvvələr Rusiya sülhməramlılarının yerəşməsilə paralel çıxarılmalı idi. Ancaq bu olmadı. Nəticədə isə təhlükəsizliyə təhdid yaranır və bir sıra qanunsuzluqlar baş verir.

Siyasi şərhçi Əziz Əlibəyli isə bildirib ki, Xankəndidəki separatçı rejim daxilində siyasi çəkişmələr artıb və Arayik Arutunyanla dırnaqarası dövlət naziri Ruben Vardanyan arasında gərginlik böyüyüb. O əlavə edib ki, hələ də davam etməkdə olan ekofəalların Laçın-Xankəndi yolundakı aksiyaları Paşinyan və Arayik cütlüyünün Vardanyana qarşı oyun qurmasına səbəb olub ki, bu tərəflər arasında ciddi qarşıdumaya gətirib çıxaracaq.

Qeyd etmək yerin düşər ki, Ermənistanın “Hraparaq” nəşrinin 31 yanvar sayında dərc olunan məlumata görə, Xankəndidəki separatçı hökumətin qapalı görüşü keçirilib və  Arayik Arutunyan Vardanyan arasında qarşıdurma yaranıb. Nəşrin yazdığına görə, Arutyunyan ruslara güvənməmək gərəkdiyini və indiyə qədər əldə edilən hər şeyin Bakı ilə birbaşa danışıqların nəticəsi olduğunu deyib.

Müəllif | Apa.Tv
Apa.tv