Qarabağda Rusiya sülhməramlıların olduğu ərazinin xəritəsinə düzəliş edildi

Rusiya Müdafiə Nazirliyi Dağlıq Qarabağda sülhməramlı qüvvələrin nəzarətində olan ərazilərin əks olunduğu xəritəyə yenidən baxıb.

APA TV-nin Moskva müxbirinin verdiyi məlumata görə, nazirliyin rəsmi saytında Sülhməramlı Qüvvələrin nəzarətində olan ərazilərin əks olunduğu xəritəyə düzəliş edilib.

14 dekabr 2020-ci il tarixli başlıqla yerləşdirilən xəritədə Cəbrayıl rayonunun ərazisinə daxil olan iki kəndin yenidən Azərbaycan qoşunlarının nəzarətində olan ərazilər kimi göstərilib.

Müəllif | Apa.Tv
Apa.tv