Qarabağda yalnız bu avtomobillərdən istifadə olunacaq

İşğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması çərçivəsində ekoloji təmiz nəqliyyat vasitələrindən, əsasən də elektrik mühərrikli avtomobillərdən istifadə ediləcək.

 

APA TV xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.

 

Onun sözlərinə görə, bu gün işğaldan azad edilmiş ərazilərdə müasir elektrik şəbəkələri qurulur, tikilmiş yarımstansiyalar məsafədən idarəolunan SCADA (disretçer nəzarəti və məlumatların torlanması) Dispetçer İdarəetmə sisteminə qoşulur və burada ən yeni rəqəmsal texnologiyalardan istifadə edilir. Yaxın vaxtlarda innovativ tikinti materiallarından istifadə olunmaqla inşa edilən 200 evdən ibarət Ağalı kəndinə əhalinin köçürülməsinə başlanacaq. Növbəti mərhələdə Füzuli rayonunun Dövlətyarlı kəndi ərazisində yeni salınacaq "Ağıllı kənd" layihəsi çərçivəsində yaşıl enerji, "ağıllı idarəetmə" sistemi tətbiq edilməklə ümumilikdə ilkin mərhələdə 450 evin inşası planlaşdırılır.

 

 

Müəllif | Apa.Tv
Apa.tv