Qarabağdakı silahlılar bölgə üçün təhlükəyə çevrilir

Xankəndidəki separatçı rejimin keçirdiyi dırnaqarası seçkilər beynəlxalq təşkilatlar və qlobal aktorlar tərəfindən qəbul edilmədi. Bu həm də sivil dünyanın separatizmi qəbul etmədiyi anlamına gəlir. Dəfələrlə Bakı Xankəndidəki ermənilərin nümayəndələri ilə danışıqların keçirilməsi, bütün kommunikasiyaların açılmasını, əlavə yollar, istənilən yük daşımalarını təklif etsə də, xunta razılaşmadı. Üstəlik, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri demək olar ki, hər gün təxribatlar törədirlər. Separatizmlə mübarizədə Şimali İrlandiya, İspaniya və Kolumbiyada narko kortellərə qarşı aparılan mübarizə tədbirlərini nümunə gətirərən siyasi şərhçi Turab Rzayev bildirib ki, həmin ölkələrdə dövlət qanunlarına tabe olmayanlara qarşı bütün növ silahlardan istifadə edilib. “Rusiya sülhməramlı müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki erməni separatçıları bölgə üçün təhlükə yaradır.” Bunu isə hərbi ekspert Ramil Məmmədli deyib. O əlavə edib ki, ya Ermənistan Qarabağdakı silahlı erməniləri və hərbi texnikalarını çıxarmalıdır, ya da Bakının tələbləri yerinə yetirilməsə, hərbi əməliyyatlar keçirilməlidir. Hərbi ekspert onu da əlavə edib ki, 10 noyabr 2020-ci ildə imzalanmış razılaşmanın 4-cü bəndi hələ də yerinə yetirilməyib. Yəni ki, erməni silahlı birləşmələri Rusiya sülhməramlılarının bölgəyə gəlişi ilə paralel çıxmalı idilər ki, bu da baş vermədi. Fuad Sadıqov APA TV

Müəllif | Apa.Tv
Apa.tv