Qarabağdakı tarixi abidələrimizlə bağlı YENİ SAYT YARADILDI - APA TV

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən hazırlanan heritage.gov.az saytının təqdimatı keçirilib.

 

APA TV xəbər verir ki, saytın yaradılmasında məqsəd işğal dövründə mədəni irs nümunələrimizə qarşı Ermənistan tərəfindən həyata keçirilən vandalizm, özününkiləşdirmə və dağıntı faktlarını açıq internet resurslarında yerləşdirməklə törədilmiş qanunsuz əməllər barədə geniş ictimaiyyəti məlumatlandırmaqdır.

 

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli isə çıxışında işğaldan azad olunmuş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələri ilə bağlı məlumatların yer aldığı heritage.gov.az saytının çox ciddi informasiya resursu olduğunu diqqətə çatdırıb:

 

Xidmət rəisi həmçinin vurğulayıb ki, həyata keçirilən monitorinqlərlə bağlı məlumatlar Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam, Tərtər, Laçın və Kəlbəcər rayonlarını əhatə edib.

 

Aysel Əliyeva,

Xəyal İskəndərov,

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv