“Qarabağ”dan möhtəşəm səfər qələbəsi – APA TV
Azərbaycan çempionu Avropa Liqasının pley-offunda ilk matçını keçirib.
Qurban Qurbanovun çalışdırdığı kollektiv Sloveniya çempionu “Olimpiya”nın qonağı olub.
Hesabı 33-cü dəqiqədə Kevin Medina açıb. Leandor Andrade 45-ci dəqiqədə fərqi iki topa çatdırıb. Oyun elə bu hesabla başa çatıb.
Ağdam təmsilçisi 2:0 hesablı səfər qələbəsi qazanaraq, qrup mərhələsinə vəsiqə yolunda önəmli üstünlük əldə edib.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 31-i keçiriləcək.