Qaradağlı sakini yaşadıqları dəhşətləri Qaradağlıda danışır - APA TV

Ermənistan silahlı qüvvələri tərəfindən Xocavənd rayonunun Qaradağlı kəndinin işğal edilməsindən və dinc sakinlərə qarşı həyata keçirilən soyqırımı cinayətindən 32 il keçir. Qaradağlı kəndində 910 nəfər - kənd sakininin hər 10 nəfərindən biri qətlə yetirilib. Əsir götürülən 118 nəfərə qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılıb, insanların başları kəsilib, onlar diri-diri basdırılıb, dişləri çıxarılıb, ac-susuz saxlanılıblar.

Müsahibimiz deyir ki, Qaradağlı kəndi ermənilər tərəfindən davamlı atəşə məruz qalır. Elə bil evin üstünə daş tökdülər. Oyandı atam. Dedi dur, erməni girdi evə. Hər şey o gecədən başlayır. Silaha sarılan qaradağlılar kəndin ən yüksək yerlərinə çəkilir. Evdən çıxan Şamxal atası ilə birlikdə döyüş mövqeyi istiqamətinə hərəkət edir. Daha ağır dəqiqələr isə bundan sonra başlayır.

Həmin gecə bütün əlaqələr kəsilir. Digər rayonlara Qaradağlıda baş verən hadisələrlə bağlı xəbər çatmır. Kənd sakinlərinin digər rayonlarla əlaqəsi kəsilənə kimi yarada bildikləri son əlaqədə onlara vertolyot vasitəsi ilə kənddən çıxarılacaqları bildirilir. Amma hər şey əksinə olur. Məhz o gecə Şamxal da daxil olmaqla 118 nəfər girov götürülür.

Ən dəhşətli hadisəni isə Şamxal məhz əsirliyinin ilk günündə yaşayır. Müsahibimiz deyir ki, onlarla bərabər girov götürülən 13, 14 və 15 yaşlı uşaqlardan sonra heç bir xəbər ala bilmirlər. Hətta həmin ərazidən bir neçə kilometr aralanmamış onlar ermənilər tərəfindən qətlə yetirilir.

Əsirlərin çoxu yolda öldürülür. Geri qalanlar isə ermənilər tərəfindən iki hissəyə ayrılır. 1992-ci il fevralın 17-də Qaradağlı kəndi erməni silahlıları tərəfindən işğal olunaraq yandırıldı, kənd sakinlərindən 33 nəfər güllələndi. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülüb. Qeyd edək ki, kənd sakinlərinin 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib. Azad olunanlardan 18 nəfəri sonralar aldıqları sağalmaz yaralardan vəfat edib.

Əsirlikdə min bir işgəncələrə məruz qalan Şamxal 47 gündən sonra erməni əsirləri ilə dəyişdirilir. Sonra da könüllü olaraq, orduya yazılır. 1996-cı ilə kimi orduda xidmət edən Şamxal o vaxtlar Araz qırağı kəndlərin azad olunmasında iştirak edib. Deyir indi çox şaddır. Şaddır ki, 32 il əvvəl uğrunda canını fəda etməyə hazır olduğu vətən torpağı azaddır.

Emin Babayev

Fəzail Səfərov

Xocavənd, Qaradağlı

Müəllif | Apa.Tv
Apa.tv