Qardaş hamilə bacısını bıçaqladı – APA TV
Bakının Sabunçu rayonunda ailə-məişət zəmnində bıçaqlanma hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Yefim Saratov küçəsində baş verib. Belə ki, 1989-cu il təvəllüdlü Qasımova Yasəmən Muraz qızı qardaşı tərəfindən əvvəlcə döyülüb. Daha sonra o kürək nahiyyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hazırda o, cərrahi əməliyyat edilir. Qeyd edək ki, Y.Qasımova hamilədir. Sabunçu rayonunda bacisina biçaq xəsarətləri yetirməkdə şübhəli bilinən 1992-ci təvəllüdlü Yasər Rüstəmov polis əməkdaşlari tərəfindən saxlanilib. Daxili Işlər Nazirliyinin yaydığı məlumata görə, aktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.