Qardaşlar arasında mübahisə bıçaqlanma ilə nəticələndi - AĞDAMDA
Ağdamda qardaş qardaşı bıçaqlayıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Çəmənli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1971-ci il təvəllüdlü Qalib Həsənov aldığı bıçaq yarası ilə Ağdam Mərkəzi Rayon xəstəxanasına çatdırılıb. İlkin dindirmə zamanı yaralı ailə münaqişəsi zəminində qardaşı tərəfindən bıçaqlandığını deyib.
Faktla bağlı araşdırma aparılır.