Qatar avtomobili vurdu, sürücü öldü

Saatlıda qatar avtomobili vurub, sürücü ölüb.

Saatlıda Hacıqasımlı-Kamalı yolu ilə dəmir yolu xəttinin kəsişdiyi keçiddə qatar “VAZ 2106” markalı avtomobili vurub. Maşının sürücüsü, Sabirabad rayon sakini, 1967-ci il təvəllüdlü Hüseynov Qəsəm Gülhüseyn oğlu qəza zamanı ölüb.

Faktla bağlı xətt polisi tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv