Qatar “Jiquli”ni sürüdü: ölənlər var - SAATLIDA DƏHŞƏTLİ QƏZA

Saatlıda avtomobil qatarla toqquşub.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, ağır qəza rayonunun Hacıqasımlı kəndi ərazisində şlaqbaum qoyulmayan dəmiryolu keçidində baş verib.

“VAZ 2106” markalı 54 BJ 612 dövlət nömrə nişanlı avtomobil Şirvan-İmişli xətti üzrə hərəkət edən qatarla toqquşub. Nəticədə minik avtomobilində olan sürücü və sərnişini - rayonun Kovlar və Qəzli kənd sakinləri, 1962-ci il təvəllüdlü Abbasov Cəbrayıl Həmid oğlu və 1964-cü il təvəllüdlü Məmmədov Eldar Gülbala oğlu hadisə yerində ölüb. Meyitlər Saatlı morquna təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv