Qatar qadının qolunu kəsdi - BƏRDƏDƏ FACİƏ

Bərdədə qatar vuran qadının bir qolu amputasiya olub.

APA TV-nin Qarabağ bürosunun məlumatına görə, hadisə rayon mərkəzində baş verib.

Ağdam rayon sakini - 1978-ci il təvəllüdlü Quliyeva Mənsurə Fərhad qızı qatarın altında qalıb. Mənsurə Quliyeva dərhal Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Qadının qolu çiyindən amputasiya olunub.

Bərdənin Alaçadırlı kəndində məskunlaşan məcburi köçkün Mənsurə Quliyeva hadisə baş verən zaman reyslərin üzərindən keçib evə getmək istəyib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv