Qaxa qar yağıb
Azərbaycanın şimal-qərb bölgəsinin dağlıq ərazilərinə qar yağır.
APA TV-nin yerli bürosunun xəbərinə görə, noyabrın 22-si gecə saatlarından başlayaraq havanın temperaturu xeyli aşağı düşüb.
Qax rayonunun dağlıq ərazilərinə daha çox qar yağıb. Hazırda İlisu kəndində qarın qalınlığı 10 santimetr, Sarıbaşda isə 15 santimetr təşkil edir.
Havaların qeyri-sabit keçməsi ilə əlaqədar Qax rayonunun yol təsərrüfatının işçiləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. İlisu kəndi istiqamətində nəqliyyatın fasiləsiz hərəkətinin təmin olunması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 13 nömrəli “Yol İstismar” MMC tərəfindən lazımi tədbirlər görülür, avtomobil yolları qardan təmizlənir.
Görülmüş tədbirlər nəticəsində Qax-İlisu avtomobil yolunda, eləcə də kənddaxili yollarda nəqliyyatın hərəkətində heç bir çətinlik yaranmayıb.