Qaxda ağır qəza: ölən və yaralanan var
Qaxda ölümlə nəticələnən avtoqəza baş verib.
APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax-Qorağan yolunda qeydə alınıb.
İdarəetmədən çıxan “VAZ 2107” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı Yevlax sakini olan 2 nəfər - sürücü və sərnişin xəsarət alıb.
1992-ci il təvəllüdlü Cəsarət Vəliş oğlu Əlizadə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.