Qaxda baş verən qəzada iki nəfər xəsarət alıb
Qaxda qəza baş verib. Nəticədə iki nəfər xəsarət alıb. APA TV-nin məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun 29-cu km -də Qax rayon ərazisindən keçən hissəsində baş verib. Qax rayon Cüdüllü kənd sakini 1995 ci il təvəllüdlü Təbriz Araz oğlu Qurbanov idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan cıxaraq yol kənarındakı telefon dirəyinə dəyib daha sonra maşın aşıb. Qəza zamanı sürücü Təbriz Qurbanov və avtomobildə olan sərnişin qadın aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Yaralılardan sürücü Təbriz Qurbanova ilkin yardım göstərilib, xəsarəti yüngül oduğu üçün evə buraxılıb. Qadının müalicəsi isə xəstəxanada davam etdirilir. Faktla baglı araşdırma aparılır.