Qaxda itkin düşən kişinin yanmış meyiti tapılıb

 

Qaxda 8 gün əvvəl itkin düşən kişinin yanmış meyti tapılıb. APA TV-nin məlumatına görə, bu gün səhər saatlarında Kürmük çayının Qax şəhər inzibati ərazisindən keçən hissəsində, çay yatağında üzərində yanıq xəsarətləri olan kişi meyiti aşkar edilib. İlkin araşdırma zamanı meyitin Qax şəhəri, Nətavan küçəsində yaşayan 70 yaşlı Davud Yusifovun olduğu müəyyən olunub. Davud Yusifovun ölümünün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birlinin Qax rayon şöbəsinə təhvil verilib. Qeyd edək ki, Davud Yusifov may ayının 25-i yaşadığı evdən çıxıb geri qayıtmamaşdı. Onun itkin düşməsi barədə ailəsi Qax Rayon Polis Şöbəsinə müraciət etmişdi. Faktla bağlı Qax rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır. Vüqar Heydərov, Əhməd Fərruxoğlu. APA. TV. Qax.

Müəllif | Apa.Tv
Apa.tv