Qaxda karantin rejimini pozan 2 nəfər həbs edilib, 31 nəfər cərimələnib

Karantin rejimi qaydalarının təmin olunması məqsədilə Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Keçirilən tədbirlər zamanı karantin rejimini pozan 2 nəfər həbs edilib, 31 nəfər cərimələnib

APA TV-nin yerli büsunun xəbərinə görə, rayon ərazisində polis əməkdaşları tərəfindən aparılan maarifləndirici söhbətlər və edilən xəbərdarlıqlara baxmayaraq, yenə də xüsusi karantin rejim qaydalarını pozan şəxslərə rast gəlinib. Belə ki, karantin rejimi qaydalarını pozaraq Bakı şəhəri istiqamətində sərnişin daşımaq istəyən Qax rayon Qum kənd sakini Xəyal Rəsulov, o cümlədən rejim qaydalarını pozaraq heç bir zərurət olmadan çöldə gəzən Rəsul Əminov polisin qanuni tələbinə məhəl qoymayıb, əməllərini davam etdirdiyinə görə, saxlanılıblar. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və baxılması üçün Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslər inzibati həbs ediliblər.

Həmçinin rayon ərazisində xüsusi karantin rejim qaydalarını pozan 31 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub. Polis vətəndaşlara karantin rejiminə əməl etməyə çağırır..

 

Müəllif | Apa.Tv
Apa.tv