Qaxda keçmiş məhkumlar yenidən tutuldu – NARKOTİKƏ GÖRƏ
Qaxda narkotik alverçisindən 10 kiloqram marixuana götürülüb.
APA TV-nin məlumatına görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı Əmircan kənd sakini, əvvəllər də məhkum olunmuş Novruz Nəbiyev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış zamanı 163 qramdan artıq qurudulmuş marixuana aşkar edilib.
Araşdırma zamanı Novruz Nəbiyevin narkotik vasitəni cəzaçəkmə müəssisəsində tanış olduğu, rayonun Əlibəyli kənd sakini, əvvəllər də məhkum olunmuş Martiko Aslamazaşvilidən aldığı müəyyən olunub.
Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı ünvana da baxış keçirilib və oradan 10 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.