Qaxda külli miqdarda narkotik tutuldu – APA TV

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin satışı, saxlanılması və daşınmasında şübhəli bilinən 5 nəfər tutulub. Daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər, Balakən və Zaqatala rayon sakinləri- Elşad Atakişiyev, Tural Məmmədov, Nadir Cumaliyev və Elnur Tağıyev saxlanılıb. Şəxsi axtarış zamanı onlardan heroin aşkar edilərək maddi sübut kimi götürülüb. Əməliyyat-axtarış tədbirləri ilə müəyyən olunub ki, həmin şəxslər narkotik vasitəni Qax rayon sakini Vüqar Osmanovdan aldıb. Əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 4 dəfə məhkum olunmuş Vüqar Osmanov da şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış zaman oradan külli miqdarda heroin, metamfetamin, narkotik vasitələrin satışında istifadə etdiyi elektron tərəzi, eləcə də digər maddi sübutlar aşkarlanaraq götürülüb. Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv