Qaxda mağazadan oğurluq edən keçmiş məhkum yaxalandı

Axtarışda olan qadın Qaxda mağazalardan oğurluq etdiyinə görə saxlanılıb.

APA TV-nin məlumatına görə, Polis Şöbəsinə rayon ərazisində yerləşən 3 mağazadan müxtəlif əşyaların və qadına məxsus əl çantasından pulun oğurlanması barədə müraciətlər daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluqları edən Ağdam şəhər sakini Yaqut İbrahimova saxlanılıb.

Yaqut İbrahimovanın əvvəllər də oğurluq və digər cinayət əməllərinə görə, dəfələrlə məhkum olunduğu və hazırda təqsirləndirilən şəxs kimi  axtarışda olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv