Qaxda minik avtomobili radar dirəyinə çırpılıb
Qaxda minik avtomobili radar quraşdırılan dirəyə çırpılıb.
APA TV Şimal-qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında Qax-Şəki avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində baş verib.
Şəki istiqamətində hərəkət edən Tərtər rayon sakini idarə etdiyi “VAZ 21099” markalı minik avtomobili idarəetmədən çıxara yolun kənarında radar quraşdırılmış dəmir dirəyə çırpılıb. Qəza zamanı avtomobildə olan sərnişin - Tərtər rayon sakini 1988-ci il təvəllüdlü Rəqsanə Abdulla qızı Həsənova aldığı ağır bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.
Əldə edilən məlumata görə, qəzaya düşən avtomobil Balakən rayonundan Tərtər rayonuna gedirmiş. Qəza baş verən zaman avtomobildə azyaşlılar da daxil 7 nəfər olub. Onların hamısı bir ailənin üzvləridir.
Faktla bağlı araşdırma aparılır.
Vuqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV