Qaxda ocaq qalayan ana özünü və azyaşlı qızını yandırdı

Qaxda ana və qızı yanıq xəsarətləri alıb.

Lent.az xəbər verir ki, hadisə rayonun Marsan kəndində baş verib. 29 yaşlı Nəsimət Məmmədli həyətdə ocaq qalayarkən özü və yanında olan 9 yaşlı qızı yanıq xəsarətləri alıblar.

Onlar rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Müəllif | Apa.Tv
Apa.tv